Məşhur sosial media fenomeni saxlanıldı – Küçədə onu izləyənlərə pul paylayırdı
    • 12-11-2024, 11:47
    • 293

Məşhur sosial media fenomeni saxlanıldı – Küçədə onu izləyənlərə pul paylayırdı

Qanunsuz mərc əməliyyatında Serdar Ortaç və Mehmet Ali Ərbillə birlikdə saxlanılanlar arasında olan məşhur sosial media fenomeni İbrahim Yılmaz saxlanılıb. 

News24.az xəbər verir ki, əməliyyat zamanı 16 nəfər barəsində həbs qərarı seçilib.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən qanunsuz mərc oynamağa təşviq edən və reklam etdiyi üzə çıxan 23 sənətçi və sosial media fenomeninə qarşı aparılan istintaqda sənətçi Mehmet Ali Ərbil, müğənni Serdar Ortaç, musiqiçi Muzaffer Zorbey Erkoçlar, sosial mediada 19 milyon izləyicisi olan İbrahim Yılmaz, rus və türk əsilli fenomen Aleksandr Mensikov və 1,3 milyon izləyicisi olan Esma Sözen də saxlanılıb.

Aralarında Sefa Caner Sarıcam, Esma Sözen, Muzaffer Zorbey Erkoçkar və İbrahim Yılmazın da olduğu 12 şübhəlinin həbsinə qərar verən hakimlər biri 18 yaşından kiçik olan 2 şübhəlinin də məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.

Saxlanılanlar arasında olan İbrahim Yılmaz da diqqət çəkib. Sosial media fenomeni İbrahim Yılmaz küçədə onu izləyənlərə pul paylaması və bu videoları sosial media hesabında paylaşması ilə tanınırdı. İbrahim Yılmazın “İnstaqram” hesabında təqribən 19 milyon izləyicisi var.

Aynurə