MAQATE-nin baş direktoru COP29-un əhəmiyyətindən danışdı
    • 12-11-2024, 12:33
    • 159

MAQATE-nin baş direktoru COP29-un əhəmiyyətindən danışdı

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi nüvə enerjisinin COP29 gündəliyindəki mühüm rolunu açıqlayıb.

News24.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Qrossi COP29-un əhəmiyyətini vurğulayıb və keçən il Dubayda keçirilən COP28-də qəbul edilmiş qərarlardan sonra həyata keçirilməyə başlayacaq iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş mümkün razılaşmalar və öhdəliklər barədə nikbinliyini bildirib.

O, həmçinin karbonsuz gələcəyə keçid üçün mərhələli və balanslı yanaşmanın vacibliyinə diqqət çəkib.

 “Beynəlxalq konsensus ondan ibarətdir ki, keçid nizamlı olmalıdır və ölkələr iqtisadi, sosial və əmək aspektlərini nəzərə alaraq öz həll yollarını tapmalıdırlar”, - Qrossi vurğulayıb. 

“Bizim tərəfimizdən nüvə enerjisi getdikcə daha mühüm rol oynamalıdır. Buna görə də biz buradayıq”, - deyə MAQATE rəhbəri əlavə edib.