-
- 12-11-2024, 13:02
- 389
NASA-dan Azərbaycana təşəkkür
NASA astronavtları Soni Viliems və Nik Heik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) kosmosdan videobağlantı ilə müraciət ünvanlayıblar.
News24.az Modern.az-a xəbər verir ki, onlar bildiriblər ki, Yerdə baş verən hadisələr, o cümlədən yanğınlar, qasırğalar planetin dəyişdiyini göstərir.
"Planet hər saniyə dəyişir. Biz göydən baxanda bunu görürük", - deyə qeyd ediblər.
NASA nümayədələri COP29-da iştirak edən bütün tərəflərə, o cümlədən Azərbaycana təşəkkür ediblər:
“Biz planetin gözəlliyinin qorunması üçün səylərə görə təşəkkür edirik. Bizim partnyorlarımız və əməkdaşlarımız məlumatı sizinlə bölüşməyə hazırdır. Bizim missiyamız artan dəniz səviyyəsi, qaz emissiyaları və digər problemlərə kosmosdan baxaraq məlumatları Yerə ötürməkdir", - onlar vurğulayıblar.