-
- 12-11-2024, 13:43
- 234
Sosial mediada yeni trend: Kişiləri zəhərləyin!
ABŞ-da Demokratlar Partiyasının tərəfdarları olan feminist blogerlər qadınları atalarını, qardaşlarını, ərlərini və digər kişiləri zəhərləməyə çağırıblar.
News24.az Söz.az-a istinadən xəbər verir ki, blogerlər kişiləri Trampı dəstəkləməkdə və ölkənin digər bəlalarında günahlandırırlar.
"Trend" MAGA (Trampın şüarı - Amerikanı yenidən möhtəşəm et) kimi MATGA (Make Aqua Tofana Again Great Again) adlanır.
MATGA kişiləri Trampa daha çox səs verməkdə ittiham edir.
Onlar LGBT+ və digər təhlükəli olmayan qrupların nümayəndələri istisna olmaqla, bütün kişilərin məhv edilməsini tələb edirlər.
Bu tendensiyadan şoka düşən sosial media istifadəçiləri bunun “dəhşətli və anormal”, MATGA-nı dəstəkləyən insanların isə “dəli” olduğunu bildiriblər.