Bakıda elan edildi: Olduqca az vaxt qalıb
    • 12-11-2024, 16:40
    • 2 118

Bakıda elan edildi: Olduqca az vaxt qalıb

“COP29 dünyada ən çox insanın iştirak etdiyi toplantılardan biridir. Hazırda dünyanın hər tərəfindən burada qonaqlar var”.

News24.az bildirir ki, bu sözləri Globalinfo.az-a Türkiyənin Ətraf-mühit, Şəhərsalma və İqlim dəyişiklikləri nazirinin müavini Fatma Varank deyib.

O, COP29 zamanı əsas maliyyə məsələlərinin müzakirə olunacağını qeyd edib:

“Maliyyə bizim iqlimlə mübarizədə əlimizi gücləndirəcək. Əgər inkişaf etmiş ölkələr asanlıqla maliyyə resurslarına çıxış əldə edə bilirlərsə, o zaman öz ölkələrində yüngülləşdirmə və uyğunlaşmanı asanlıqla həyata keçirə bilərlər. Təbii ki, başqa amillər də mövcuddur. Lakin bunları iqtisadiyyatsız həyata keçirmək mümkün deyil. Bu barədə illərdir danışılır. COP29-da da birinci amil kimi maliyyə məsələsi müzakirə olunur. Bununla bağlı Azərbaycan hökuməti ilə əlimizdən gələni edəcəyik. COP29 kimi böyük və əhəmiyyətli tədbrinin qardaş ölkədə keçirilməsi uğurdur. Azərbaycanı təbrik edirəm. Ümid edirəm ki, qəbul olunacaq qərarlar Azərbaycan, Türkiyə və dünya üçün faydalı olacaq”.

Fatma Varank qeyd edib ki, COP29-da maliyyə ilə bağlı qərarlar qəbul edilərsə və əvvəlki qərarlar həyata keçirilərsə, bir çox problemlər aradan qaldırıla bilər:

“Çünki 2050-ci ilə olduqca az vaxt qalıb. İqlimlə bağlı çoxlu fəlakətlər var. Bunlardan başqa həm də geoloji fəlakətlər mövcuddur”.

F.Varank 2 il öncə Türkiyədə baş verən zəlzələ məsələsinə toxunub:

“Türkiyədə baş verən güclü zəlzələdən sonra Azərbaycan bizə dəstək oldu. Buna görə qardaş ölkəyə, Azərbaycan xalqına, dövlətinə təşəkkür edirəm! Azərbaycanın Kahramanmaraşda tikdiyi məhəllə artıq tamamlanmaq üzrədir. Hətta bu il Heydər Əliyev adına məktəbin açılışını da etdik. Azərbaycanla hər bir məsələdə əməkdaşlığımız var və davam edəcək”.