Toy kabusa döndü - 16 nəfər ÖLDÜ

Toy kabusa döndü - 16 nəfər ÖLDÜ Hadisə

Pakistanın şimalında toya gələnləri daşıyan avtobusun çaya düşməsi nəticəsində azı 16 nəfər ölüb.

Bu barədə “Dawn” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, gəlin sağ-salamat tapılıb, o, xəsarət alıb və hazırda xəstəxanadadır.

Avtobusda ümumilikdə 23 nəfər olub, onlar Pəncabın Çakval rayonuna gedən toy kortejinin bir hissəsi olublar.//APA