ABŞ bu ölkəyə uçuşları DAYANDIRDI
    • 13-11-2024, 09:41
    • 261

ABŞ bu ölkəyə uçuşları DAYANDIRDI

ABŞ-ın Kaliforniya əyalətindən Haitinin paytaxtı Port-au-Prinsə uçan Spirit Hava Yollarına məxsus 951 nömrəli sərnişin təyyarəsi dünən silahlı dəstə üzvləri olduğu güman edilən şəxslər tərəfindən açılan atəşin hədəfi olub. Təyyarə Dominikan Respublikasının Santyaqo hava limanına təhlükəsiz eniş edib.

News24.az xəbər verir ki, ABŞ Federal Aviasiya İdarəsi (FAA) Kaliforniyadan Port-o-Prinsə uçan sərnişin təyyarəsinin enişi zamanı atəş açılması ilə bağlı açıqlama verib.

Açıqlamada, "təhlükəsizlik vəziyyətində davam edən qeyri-sabitlik və digər təhlükəsizlik riskləri" səbəbiylə bütün Amerika hava yollarının Haitiyə uçuşlarının 1 ay müddətinə dayandırıldığı bildirilib.


Günel Məlikzadə