Rusiya Kiyevə “İskəndər” raketi ATDI
    • 13-11-2024, 10:39
    • 1 597

Rusiya Kiyevə “İskəndər” raketi ATDI

Rusiya Silahlı Qüvvələri Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə cavab olaraq, Kiyevdəki hədəflərə genişmiqyaslı zərbələr endirib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində əvvəlcə Rusiya PUA-ları Ukraynanın hava hücumundan müdafiə sistemlərini yükləyib, daha sonra "X-101" qanadlı raketləri və "İskəndər" ballistik raketləri istifadə edilib.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, dronlar paytaxta müxtəlif istiqamətlərdən və hündürlüklərdən dalğalar şəklində hücum ediblər.

Ukrayna hava hücumundan müdafiə qüvvələri 30-dan çox Rusiya PUA-sını zərərsizləşdirdiklərini bildiriblər. Ölənlərin olduğu bildirilir.