"İstəmirəm o yük çiynimdə qalsın, 20-30 manatı..." - VİDEO
    • 13-11-2024, 12:22
    • 260

"İstəmirəm o yük çiynimdə qalsın, 20-30 manatı..." - VİDEO

Müğənni Türkan Vəlizadə illər öncə paltar alıb pulunu ödəmədiyi şəxsi axtarır.

News24.az xəbər verir ki, "Rəngarəng"də danışan sənətçi bildirib ki, paltar təxminən 20-30 manat olar:

"Bu yaxınlarda həmin əraziyə getdim. O pulu artıqlaması ilə qaytarmaq istədim. Heyif tapa bilmədim. Efir vasitəsilə səslənirəm. Mən istəmirəm o yük çiynimdə qalsın".

Sənətçi mağazanın dəqiq ünvanı bildirib. Hazırda isə həmin ərazidə mağazanın söküldüyü üçün onun yiyəsini tapa bilməyib. (shownews)