-
- 13-11-2024, 22:25
- 304
Gündüz yatmağın zərərləri
Yaşlı insanlarda gündüz yuxululuğunun artması, gündüzlər yatmaq, ya da gecəni gözləmədən yuxusunun gəlməsi ciddi problemdən xəbər verə bilər.
News24.az Medicina-a istinadən xəbər verir ki, alimlər 445 nəfər 70-76 yaş arası insan üzərində tədqiqatlarla sübut edib ki, gün ərzində yaşlıların çox yatması demensiya riskinin artdığını göstərə bilər.
Tədqiqatda iştirakçılar qaçış aparatında yeriyib. Dəyişikliklər 2011-2018-ci illəri əhatə edib.
Alimlər onların yuxu sayı və keyfiyyəti barədə məlumat toplayıblar.
3 il ərzində 35 iştirakçıda koqnitiv dəyişikliklər baş verib.
Yaddaşda problem, hərəkətlərdə lənglik və s.
Məlum olub ki, gün ərzində yuxulu olanlar, yatanlarda demensiya riski 2 dəfə daha çoxdur.
Yuxu pozulması ilə beyin pozulması arasında əlaqə olması sübut edilib.
Bunu nəzərə alaraq, demensiyanın profilaktikası ilə vaxtında məşğul olmaq olar.