Bu dövlətlər ədalətsizliyin önündədir - Quterreş
    • Bu gün, 13:50
    • 88

Bu dövlətlər ədalətsizliyin önündədir - Quterreş

Kiçik ada dövlətləri dəniz səviyyəsinin qalxması səbəbindən gələcəklərini təhlükə altına alan böyük ədalətsizliyin önündədirlər.

News24.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

"İqtisadiyyatlarınız dağılıb. İnkişaf sahəsində nailiyyətlər xarabalığa çevrilib, bu ədalətsizliyə son qoyulmalıdır. G20 ölkələrinin payına qlobal emissiyaların təxminən səksən faizi düşür. Ölkələriniz - inkişaf etməkdə olan kiçik ada dövlətləri - iqlim ambisiyalarının necə olmalı olduğunu nümayiş etdirir. Siz ilk reaksiya verənlərsiniz", - A.Quterreş bildirib.