İlham Əliyevdən müstəmləkə keçmişi olan dövlətlərə ÇAĞIRIŞ
    • 13-11-2024, 15:30
    • 462

İlham Əliyevdən müstəmləkə keçmişi olan dövlətlərə ÇAĞIRIŞ

COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.

“Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, - deyə dövlətimizin başçısı bildirib.