Roma Papasından Bakıya MÜRACİƏT
    • 13-11-2024, 16:22
    • 173

Roma Papasından Bakıya MÜRACİƏT

"Ümid edirəm ki, Bakıda keçirilən COP29 həqiqətən inklüziv inkişafa gətirib çıxaran iddialı razılaşma yaradacaq".

News24.az xəbər verir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarına ünvanlandığı müraciətində yer alıb.

Pontifik müraciətində bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə əlavə gecikmələrə yol verilmir və ətraf mühitin mühafizəsi sülhün qorunması ilə sıx bağlıdır: “Mövcud elmi məlumatlar daha çox gecikməyə imkan vermir və yaradılışın qorunub saxlanmasının zəmanəmizin ən aktual məsələlərindən biri olduğunu açıq şəkildə göstərir. Biz, həmçinin etiraf etməliyik ki, bu, sülhün qorunması ilə sıx bağlıdır”.

Roma papası qeyd edib ki, biz bir-biri ilə əlaqəli eyni qlobal kənddə yaşayan tək bir ailənin üzvləri kimi hərəkət etməli və yaşamalıyıq: “Gəlin tarixi və indiki vəzifələrin gələcək üçün konkret və uzaqgörən öhdəliklərə çevrilməsinə icazə verək ki, bu Sammitin ən aktual vəzifələrindən biri olan iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyətli məqsəd ortaya çıxsın. Ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipi COP29-un işini istiqamətləndirir və ruhlandırır”.

Qeyd edək ki, COP29-da Papa Fransiskin müraciətini Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin oxuyub./manset.az