-
- 13-11-2024, 16:44
- 469
COP 29: Qlobal tribunada Qarabağ həqiqətləri
"COP29 iqlim dəyişikliyi ilə bağlı BMT-nin keçirtdiyi böyük bir tədbirdir. Dünyanın bütün ölkələri iqlim dəyişikliyi ilə bağlı ciddi problemlərlə üzləşir".
Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat vurğulayıb ki, bu tədbirin Azərbaycan üçün əhəmiyyəti çox böyükdür, çünki ölkəmiz dünyada öz beynəlxalq nüfuzunu artırmaqdan ötəri müəyyən qədər addımlar atır.
"Təqribən 200 dövlətin bu tədbirin Azərbaycanda keçirilməsinə rəy verməsi, ölkəmizin nüfuzunun hansı səviyyədə olmasının göstəricisidir. Azərbaycanın beynəlxalq imicinin artması, yaxşılaşması üçün COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti böyükdür. Müxtəlif ölkələrin liderləri bu tədbirdə iştirak edir və bu zamanda müxtəlif təmaslar yaranır. Bu da Azərbaycanın iqtisadi, siyasi və ticari əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.
Eyni zamanda, Azərbaycan bu fürsətdən yararlanaraq, işağala məruz qalması, həmçinin, işğaldan öz qüvvəsi hesabına azad olması, müharibədə qalib gəlməyimiz və BMT-nin qətnamələrini yerinə yetirməyimiz ilə bağlı faktı dünya ictimaiyyətinə və dünya liderlərinin nəzərinə bir də çatdırıb. Bu kimi səbəblərdən tədbiri yüksək qiymətləndirib, hamılıqla çalışmalıyıq ki, COP29 ən yüksək səviyyədə keçirilsin".
Günel Məlikzadə
News24.az