Ermənistan nümayəndə heyəti Bakıya gələcək - Ekspert
    • 13-11-2024, 17:10
    • 1 637

Ermənistan nümayəndə heyəti Bakıya gələcək - Ekspert

Ermənistan nümayəndə heyətinin COP29-a qatılacağını istisna etmirəm. Tədbir hələ 8 gün davam edəcək. Bakıdakı tədbirə açılışdan sonra qatılan rəsmilər də var.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ermənistanı təmsil edə biləcək rəsmi ona görə ilk gündən COP29-a qatılmayıb ki, açılışda Qarabağın işğaldan azad edilməsinə dair Prezident İlham Əliyevin çıxışındakı fikirləri dinləməli və toplantıda azad olunan şəhərləri göstərən filmi izləməliydi:

“Yəqin Baş nazir Nikol Paşinyan düşünüb ki, bu halda başçılıq etdiyi hökumətə qarşı radikal müxalifət fəallaşacaq. Ona görə də tədbirin açılışında iştirak etməməyə qərar veriblər. Bütün hallarda Ermənistanın COP29-da iştirak etməməsi Bakı ilə danışıqlara təsir etməyəcək. Rəsmi Bakının mövqeyi belədir ki, COP29 tədbirinin Azərbaycan-Ermənistan danışıqlarına aidiyyəti yoxdur. Nikol Paşinyan çox çalışırdı ki, Bakı İrəvanla yarımçıq sənədi imzalasın və o, COP29-da iştirak etsin. Bu baş vermədi. Danışıqlar isə COP29-dan sonra dayandığı yerdən davam edəcək”.