-
- 13-11-2024, 18:24
- 359
Azərbaycan OPEC Fondunun prezidentilə "yaşıl enerji” keçidini müzakirə edib
COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə ölkənin "yaşıl enerji” keçidi planlarını müzakirə edib.
News24.az-ın məlumatına görə, bu barədə Fondun "X" sosial şəbəkəsindəki hesabında bildirilir.
Məlumata görə, tərəflər həmçinin "Azərbaycan 2030" sosial-iqtisadi inkişafa dair milli strategiyanın həyata keçirilməsində OPEC Fondunun rolunu nəzərdən keçirib.
"Əl-Xəlifə Fondun iqlim təşəbbüslərinin təşviqinə sadiqliyini təsdiqləyib, COP29 sədrliyinə davamlı layihə və təşəbbüslərin inkişafındakı səylərinə görə təşəkkürünü bildirib. Müzakirələrin nəticəsi olaraq tərəflər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və Azərbaycanın iqlim siyasətini dəstəkləmək üçün birgə işi davam etdirməyi razılaşdırıblar", - deyə paylaşımda qeyd olunub.