-
- 14-11-2024, 08:02
- 669
Nara duz tökmək ZİYANLIDIR?
Duzlu nar günün istənilən vaxtında yüngül qəlyanaltı kimi ideal seçimdir. Bir neçə dəqiqəyə hazırlaya biləcəyiniz bu praktik və sağlam qəlyanaltı yeməklər arasında mükəmməl seçimdir. Üstəlik, yayda bədəni sərinləşdirən, payızda bədəni tarazlaşdıran bu unikal dad həm damağı, həm də sağlamlığı əzizləyir.
Bəs, narı duzlayıb yemək həqiqətən də faydalıdır?
News24.az xəbər verir ki, narın tərkibində olan C vitamini orqanizmin immun sistemini dəstəkləyir. Duz orqanizmə elektrolit tarazlığını təmin edir, ona görə də bu birləşmə sayəsində özünüzü daha enerjili və sağlam hiss edəcəksiniz.
Eyni zamanda, nar liflə zəngindir və həzmi asanlaşdırır. Bundan əlavə, duz mədə turşusunu balanslaşdıraraq həzm prosesini sürətləndirir.
Güclü antioksidant mənbəyi kimi nar sərbəst radikallarla mübarizə aparır, qocalmanın təsirlərini azaldır və dərini daha sağlam göstərir. Duzlu nar isə bu təsiri ikiqat artırır!
Onu da bildirək ki, duz orqanizmdə yığılan toksinləri çıxarmağa kömək edir. Narın tərkibindəki maddələrlə birləşərək təbii detoks effekti yaradır.
Həmçinin, duzlu nar bədəndə su balansını qorumağa kömək edir və beləliklə su itkisinin qarşısını alır, sizi daha uzun müddət tox saxlayır.
Günel Məlikzadə