Rubl ucuzlaşdı, avro və dollar isə... - Görün nə qədər oldu
    • 14-11-2024, 09:28
    • 3 673

Rubl ucuzlaşdı, avro və dollar isə... - Görün nə qədər oldu

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

News24.az xəbər verir ki, avronun məzənnəsi 1,77 % azalaraq 1,7932 manat, Rusiya rublunun məzənnəsi isə 0,57 % azalaraq 0,0173 manat təşkil edib.