-
- 14-11-2024, 15:23
- 309
Pakistan elan etdi: Növbəti aylarda Azərbaycanla...
Pakistan Azərbaycanla qarşılıqlı ticarətin artırılmasında və bir sıra sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
News24.az Axar.az-a i8stinadla xəbər verir ki, bu barədə Report-a müsahibəsində Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiya yatırmaq planları tərəflərin ticarət dövriyyəsinin inkişafına marağını artırır. "İnvestisiya və bank layihələrinin hazırlanması baxımından top bizim tərəfimizdədir", - o qeyd edib.
M.Auranqzeb Azərbaycanla Pakistan arasında hələ də lazımi səviyyədə olmayan ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib. "Biz informasiya texnologiyaları və mədən sənayesi sahələri də daxil olmaqla qarşılıqlı ticarəti bir neçə dəfə artıra bilərik", - o qeyd edib.
M.Auranqzeb vurğulayıb ki, Pakistan Azərbaycanla neft-qaz və bank sahələrində də əməkdaşlıqda maraqlıdır. Yaxın 3-4 ay ərzində bu sahələrdə bir neçə real investisiya layihəsi hazırlanacaq.
Maliyyə nazirinin sözlərinə görə, Pakistandan Azərbaycana turist axını artmaqda davam edir. O, yaxın gələcəkdə turist kimi Azərbaycana gəlmək istədiyini diqqətə çatdırıb.
"Bakıya ilk dəfədir gəlmişəm. Bu, çox gözəl şəhər və gözəl ölkədir. Mən turist kimi bura qayıtmağa ümid edirəm", - o bildirib.