Hamburger yeyən 104 nəfər XƏSTƏXANALIQ OLDU
    • 14-11-2024, 22:14
    • 210

Hamburger yeyən 104 nəfər XƏSTƏXANALIQ OLDU

ABŞ-də hamburger yedikdən sonra xəstələnənlərin sayı artıb.

News24.az Sfera.az-a istinadla bildirir ki, bu barədə  ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, xəstələrin sayı 104 nəfərə çatıb.

Bildirilib ki, sözügedən şəxslər ABŞ-nin 14 ştatında məşhur “fast food” brendinin restoranlarında istehsal olunan hamburgerlərdə aşkar edilən “E.Coli” bakteriyasına yoluxublar.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bakteriyanın “Quarter Pounder” adlı hamburgerdə aşkarlandığını qeyd edib. 

Məlumata görə, 34 nəfər bu səbəbdən xəstəxanalara yerləşdirilib.