İranlı nazir qəzaya düşdü

İranlı nazir qəzaya düşdü Hadisə

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Ətabək bu gün səhər saatlarında Kərəc-Qəzvin yolunda avtomobil qəzasına düşüb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Kürdüstan əyalətinə səfər edən nazir qəza nəticəsində xəsarətlər alıb və Kərəcdəki xəstəxanaya yerləşdirilib.

Onun həyatının təhlükədə olmadığı bildirilib.