-
- 14-11-2024, 23:50
- 666
Turşudan zəhərlənən qadın xəstəxanada öldü
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
News24.az Report-a istinadla xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.