"Yalı Çapkını"nın ulduzu: Aliment ödəmirəm
    • Bu gün, 08:05
    • 145

"Yalı Çapkını"nın ulduzu: Aliment ödəmirəm

Məşhur müğənni Emre Altuğ keçmiş həyat yoldaşı Çağla Şıkelə aliment ödəmədiyini bildirib.

News24.az xəbər verir ki, məşhur Yalı Çapkını serialında "Orhan Korhan" obrazını canlandıran Emre Altuğ 2015-ci ildə Çağla Şıkellə yollarını ayırıb. 

Şıkeldən Kuzey və Uzay adlı iki oğlu olan Emre Altuğ verdiyi açıqlamada "Bütün mallarımızı ədalətli şəkildə paylaşdığımız üçün aliment ödəmirəm. Uşaqlarımızın xərclərini də bölüşdük" deyib.

Şıkellə 7 illik evliliyinə son qoyan aktyor, “Keçmiş həyat yoldaşımla uşaqlarımızın həyatlarını asanlaşdırmaq, yaxşı yerlərdə oxumalarını, yaxşı təhsil almalarını, idmanla məşğul olmalarını təmin etmək üçün sözün əsl mənasında bir-birimizlə yarışırıq. Bu günə qədər belə bir problemimiz olmayıb” deyə əlavə edib.

Günel Məlikzadə