Azərbaycanlı xanımın layihəsi Türkiyəni ŞOKA SALDI – KÜÇƏDƏ MAŞIN GÜLLƏLƏNDİ
    • 1-07-2019, 16:58
    • 8 103

Azərbaycanlı xanımın layihəsi Türkiyəni ŞOKA SALDI – KÜÇƏDƏ MAŞIN GÜLLƏLƏNDİ

Azərbaycanlı iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris yapım” şirkəti tərəfindən çəkilişlərinə başlanılan “Ağır romantik” filminin çəkilişləri Türkiyədə səs-küyə səbəb olub. 

News24.az xəbər verir ki, ekran işinin çəkilişləri İstanbulda Taksimin məşhur küçəsində davam edib. Türkiyə mediasında yayımlanan xəbərdə iş xanımı Ruhi Əliyevanın xüsusi müraciəti əsasında alınan icazədən sonra küçənin insanlarla dolu olduğu saatda filmin silahlı atışma səhnəsi çəkilib.

Çəkiliş zamanı çox sayda silahdan açılan atəş və avtomobilin həqiqi silahla güllələnməsi ətrafda olan insanların və turistlərin marağına səbəb olub.

Baş rolu canlandıran Onur Tunanın atışma səhnəsi zamanı əhvalının yüksək olması da gözlərdən yayınmayıb. Rejissorluğunu Deniz Denizçilerin etdiyi filmdə baş rolları Onur Tuna ilə yanaşı, Tuvana Türkay canlandırır. Həmçininin “Ağır romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb. Dekabr ayında kinoteatrlarda yayımlanacaq ekran işinin Azərbaycan və Türkiyədə qala gecəsinin təşkili nəzərdə tutulur.