Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
    • 15-11-2024, 13:11
    • 2 935

Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?

Braziliyanın məşhur keçmiş futbolçusu Ronaldinyo-nun Bakıya gəlişi Azərbaycanın beynəlxalq sferada nüfuzunun artırılması üçün atılan əhəmiyyətli addımlardan biri hesab olunur.

News24.az xəbər verir ki bu səfərin təşkilatçısı isə hazırda işgüzar sahədə fəaliyyət göstərən Adnan Əhmədzadədir.

Qeyd edək ki, daha əvvəlki dönəmdə məşhur futbolçu Lionel Messi şəxsi sosial media hesabında azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə ailəvi şəklini paylaşmışdı

Bəs Adnan Əhmədzadə kimdir?

Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub. O, 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1998-2005-ci illərdə o, SOCAR-ın Xarici İqtisadi Əlaqələr Departamentində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar Departamenti) İxrac əməliyyatları departamentində ekspert olaraq çalışıb. 2005-2006-cı illərdə isə “Azertrans” MMC-nin baş direktorudur. 2006-2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar Departamentində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Nəqliyyat və Ekspedisya Departamentinin müavini (2006-2007), Ticarət Əməliyyatlarında Kommersiya Riskləri Departamentinin rəhbəri (2007-2008), İqtisadi Əməliyyatlar Departamentinin müavini (2008-2010), SOCAR Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin baş direktoru (2010-2019). 2018-ci ildə isə o, SOCAR Trading şirkətinin icraçı direktoru təyin edilmişdir.

2019-cu ildə o, SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsinə təyin edilib.

2015-ci ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə o, Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.

2023-cü ildə isə ABDA Invest Holding-in təsisçisi və sədri olmuşdur. Holding tikinti, logistika, kənd təsərrüfatı, supermarket şəbəkələri, kino zallarına qədər müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri özündə birləşdirir.

2023-cü ildən isə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.

Ailəlidir, dörd övladı var./milliaz