-
- Bu gün, 13:20
- 94
Gündə 1 fincan türk qəhvəsi içsəniz nə baş VERƏR?
Şəkərli, adi və ya orta şəkərli içilən türk qəhvəsinin dadından və ləzzətindən doymaq olmur. Türk qəhvəsi sağlamlıq üçün də bir çox faydalar təmin edir. Aparılan bir araşdırma hər gün müntəzəm olaraq türk qəhvəsi içənlərin uzunömürlülük nisbətinin daha yüksək olduğunu göstərir.
Bəs, hər gün bir fincan türk qəhvəsi içdiyiniz zaman bədəninizdə nə baş verir?
News24.az xəbər verir ki, türk qəhvəsini müntəzəm istehlak etmək ürək sağlamlığına xeyirlidir. Qəhvənin tərkibindəki antioksidantlar ürək sağlamlığı üçün yaxşıdır. Gündə 1 fincan türk qəhvəsi ürək dostudur.
Araşdırmalar göstərir ki, müntəzəm olaraq istehlak edilən türk qəhvəsi damarların daxili səthlərindəki hüceyrələrin quruluşunun qorunmasını dəstəkləyərək ürək xəstəliyi riskini azalda bilər.
Eyni zamanda, türk qəhvəsi içmək diabet və diabet riskini azalda bilər. Alman alimlərinin apardığı araşdırmaya görə, müntəzəm olaraq gündə 600 ml və ya daha çox qəhvə içmək 2-ci tip şəkərli diabet riskini 23 faiz azaldır.
Kofein bədəndəki iltihabı azaldır və qaraciyər yağlanmasına faydalıdır. Gündə bir fincan qəhvə içən insanlarda qaraciyər yağlanmasına daha az rast gəlinir.
Onu da bildirək ki, alzheimer dünyada ən çox yayılmış xəstəliklərdən biridir. Bəzi araşdırmalar türk qəhvəsinin müntəzəm içilməsinin Alzheimer xəstəliyi riskini azaltdığını ortaya qoyub.
Səhər bir fincan şəkərsiz qəhvə zehni funksiyaları dəstəkləyir, konsentrasiya qabiliyyətini və yadda saxlama gücünü artırır. Tərkibində yüksək kakao olan şokoladla birlikdə istehlak edildikdə bu qabiliyyəti daha da artırdığı bildirilir.
Günel Məlikzadə