-
- Dünən, 22:44
- 232
Arvadına təyyarə bağışladı
"Bavariya"nın futbolçusu Tomas Müller xanımına qeyri-adi hədiyyə edib.
News24.az-ın Lent.az-a istinadla məlumatına görə, alman hücumçu həyat yoldaşına 2,4 milyon avroya şəxsi təyyarə alıb.
Pilatus PC-12/45 model təyyarəsi 2004-cü ildə yığılıb və 8 sərnişin üçün nəzərdə tutulub.
Liza Müller hazırda təyyarə və helikopter pilotu lisenziyasını alır.
Onun əri bu mövsüm Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.