Vanqanın tükürpədən öncəgörmələri - 2025-ci ildə inanılmaz hadisələr olacaq
    • 16-11-2024, 01:12
    • 13 810

Vanqanın tükürpədən öncəgörmələri - 2025-ci ildə inanılmaz hadisələr olacaq


O, illər əvvəl vəfat etsə də, Kahin Vanqanın öncəgörmələri hələ də danışılmaqdadır.

BAKU.WS xəbər verir ki, balkanların Nostradamusu kimi tanınan kahin Vanqanın dediklərinə görə 2025-ci ildə Avropada qitə əhalisinin kütləvi azalmasına səbəb olacaq böyük münaqişə baş verəcək.

1996-cı ildə vəfat etsə də, Vanqa gələcək haqqında dəhşətli dərəcədə dəqiq proqnozlar verdi. Onun ardıcılları iddia edirlər ki, o, illər ərzində şahzadə Diananın ölümü və Barak Obamanın ABŞ prezidenti seçilməsi kimi mühüm hadisələri qabaqcadan görüb. Vanqanın 2025-ci ilə dair dediklərinə görə, bizi çətin bir il gözləyir.


VANQANIN 2025-Cİ İL ÜÇÜN PROQNOZLARI

Bütün bəşəriyyətin sonunun 2025-ci ildə başlayacağını bildirən Vanqa yer üzündə insanların həyatının 5079-cu ildə bitəcəyini proqnozlaşdırıb. 2025-ci ildən başlayaraq həyatın daha da pisləşəcəyini proqnozlaşdıran Vanqa, ağlasığmaz ölçülərdə kosmik hadisənin baş verəcəyini bildirib. 2025-ci ildə Avropada böyük bir münaqişənin olacağını və bunun da qitə əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacağını iddia edib.


VANQANIN VERDİYİ TÜKÜRPƏDƏN PROQNOZLAR

2025-ci ildə Avropa vətəndaş müharibəsi ilə sarsılacaq.

2028-ci ildə insanların Veneranı enerji mənbəyi kimi araşdırmağa başlayacağı gözlənilir.

2033-cü ildə Qütb buzlaqları əriyərək qlobal dəniz səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olacaq.

2076-cı ildə kommunizm bütün dünyaya yayılacaq.

2130-cu ildə İnsanların yadplanetlilərlə əlaqə qurması gözlənilir.

2170-ci ildə dünyanın əksər hissəsində quraqlıq olacaq.

3005-ci ildə Yer Marsdan bir sivilizasiya ilə döyüşə girəcək.

3797-ci ildə dünya yaşamaq üçün yararsız hala gələndə insanlar onu tərk edəcəklər.

5079-cu ildə qiyamət qopacaq.