Zaqatalaya qar yağıb
    • 1-07-2019, 23:29
    • 2 389

Zaqatalaya qar yağıb

Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb.

Son üç gündür ki, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Bölgəyə fasilələrlə qısamüddətli yağış yağır, havanın temperaturu əvvəlki günlərlə müqayisədə +20 ℃ qədər aşağı düşüb. İyunun 30-dan iyulun 1-nə keçən gecə Zaqatalada havanın hərarəti +13 ℃ qədər aşağı düşüb.
İyunun 30-dan iyulun 1-ə keçən gecə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində yüksək dağlıq ərazilərinə qar yağıb. Hazırda rayonda yağmursuz hava şəraiti müşahidə olunsa da, temperatur axşam saatlarında +16 ℃ müşahidə olunur.
/APA/