QİÇS-dən dünyasını dəyişən 13 yaşlı uşağın atası: Onun necə yoluxduğunu bilmirəm
    • Bu gün, 14:27
    • 235

QİÇS-dən dünyasını dəyişən 13 yaşlı uşağın atası: Onun necə yoluxduğunu bilmirəm

Xəbər verdiyimiz kimi, İzmirdə 13 yaşlı bir uşaq QİÇS-dən dünyasını dəyişib.

News24.az xəbər verir ki, iddialara görə, 8-ci sinif şagirdi A.E.K-nın ailəsi övladının ani arıqlaması, qidalanmaması və halsız olması şikayəti ilə avqust ayında xəstəxanaya müraciət edib. Uşaq bir müddət müalicə görsə də, şikayətləri davam edib.

Ailə sentyabr ayında eyni şikayətlərlə başqa bir xəstəxanaya müraciət edib. Burada aparılan analizlərdə uşağın İİV-ə yoluxduğu məlum olub.

A.E.K.-nın atası K.K.-nın fevral ayında İİV-ə yoluxduğu müəyyən edilib. Atanın qan verərkən xəstələndiyi iddia edilib.

Ana və digər qardaşın testi mənfi çıxdıqda, cinsi istismar ehtimalı ön plana çıxıb.

Qeyd edək ki, məhkəmə sosial pediatriya və uşaq psixiatriyasından dəstək istənilib. Cinsi zorakılıq şübhəsi ilə başlanan istintaqda uşaq psixiatrı həm uşaq, həm də ata ilə görüş keçirib.

Hesabatda bildirilib ki, sui-istifadəni təsvir etmək mümkün deyil.

Ölən uşaq üzərində yarılma aparılıb.

Bu xəstəliyin uşağa necə keçdiyi araşdırılır.

Eyni zamanda, məhkəmə hadisəsi ilə bağlı atanın ifadəsi alınıb. Evdə bütün ehtiyat tədbirlərinin alındığını bildirən ata, "Bunun necə yoluxduğunu bilmirəm" deyib.

Günel Məlikzadə