İran ABŞ-ı İsrail ilə hədələdi -
    • 2-07-2019, 11:08
    • 1 395

İran ABŞ-ı İsrail ilə hədələdi - "Yarım saata yox edərik"

İran ABŞ-ı növbəti dəfə hədələyib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin başçısı Möcab Zonnur ABŞ-ın onlara qarşı hücum edəcəyi təqdirdə atacaqları addım haqda açıqlama verərkən bunları deyib: "Əgər ABŞ biz hücum etsə, o zaman İsrail yarım saata yox olacaq".

M.Zonnur Amerikanın bir neçə gün öncə İrana qarşı hücumunu ləğv etməsi haqda fikir bildirən zaman bu hərəkəti "siyasi yalan" adlandırıb: "ABŞ hücumunun uğurlu olacağını düşünsəydi, o zaman bunu edərdi".

Milli Təhlükəsizlik Komitəsinin başçısı həmçinin regionda olan 36 ABŞ hərbi bazasının Tehranın nəzarətində olduğunu da deyib. 

İranın sözügedən hədələrinə ABŞ prezidenti Donald Tramp "Onlar nə etdiklərini və nə ilə oynadıqlarını bilirlər. Düşünürəm ki, onlar alovla oynayırlar" sözləri ilə cavab verib.