Məsciddə PARTLAYIŞ: 3 nəfər öldü
    • Bu gün, 09:57
    • 206

Məsciddə PARTLAYIŞ: 3 nəfər öldü


Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qazın partlaması nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə TASS-a Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən məlumat verilib.

“1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb”, – məlumatda diqqətə qeyd olunub.

Məlumata görə, xilasedicilər binadan altı qaz balonunu çıxarıblar, ümumilikdə isə yeddi balon olub.