-
- Bu gün, 17:02
- 127
UEFA qalmaqallı oyunla bağlı hərəkətə keçdi
UEFA Millətlər Liqasının oyununda azarkeşlərin davranışına görə Rumıniya və Kosovo milli komandalarına qarşı intizam işi açıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
UEFA Rumıniya Futbol Federasiyası və Kosovo Futbol Federasiyasına qarşı intizam icraatına başlayıb. Araşdırmanın nəticəsi daha sonra açıqlanacaq.
Kosovo millisinin futbolçuları matçın bitməsinə bir neçə dəqiqə qalmış meydanı tərk ediblər. Buna səbəb futbolçular arasında baş verən qarşıdurmadan sonra rumıniyalı azarkeşlərin Serbiyaya dəstək şüarları səsləndirməsi və pankart açması olub.
Hadisə baş verən zamanı hesab 0:0 idi.