Yüzlərlə tarantula ilə qaçmaq istədi, ancaq...
    • Bu gün, 09:03
    • 116

Yüzlərlə tarantula ilə qaçmaq istədi, ancaq...

Adı açıqlanmayan 28 yaşlı gənc Perunun paytaxtı Limadakı Hava Limanından təyyarəyə minərək ölkəsinə qayıtmağı planlaşdırıb.

News24.az xəbər verir ki, təhlükəsizlik yoxlamaları zamanı məmurlar onun qarnının şişdiyini görüblər və cənubi koreyalıdan köynəyini çıxarmasını istəyiblər.

Verilən açıqlamaya görə, lent və kəmərlər vasitəsilə onlarla plastik qab kişinin bədəninə bağlanıb. Konteynerlərdən ümumi 35 yetkin tarantula, 285 bala tarantula, 110 qırxayaq və 9 güllə qarışqası çıxıb.

Fransa üzərindən Cənubi Koreyaya uçmağı planlaşdıran şəxs həbs edilib və ona qarşı cinayət işi açılıb. Tutulan heyvanların vəziyyəti ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, səlahiyyətlilər, tutulan heyvanların vətəni Perunun Amazon bölgəsi olduğunu və xüsusilə tarantulaların nəsli kəsilmək təhlükəsi altında olan növlər arasında olduğunu bildirib.

Günel Məlikzadə