Baydendən vəzifədən getdiyi ərəfədə ortalığı qarışdıracaq qərar
    • Bu gün, 09:47
    • 171

Baydendən vəzifədən getdiyi ərəfədə ortalığı qarışdıracaq qərar

ABŞ Ukraynaya Rusiya ərazisinə qarşı hücumlarda ABŞ istehsalı olan silahlardan istifadə etməyə icazə verib.

News24.az bildirir ki, ABŞ mətbuatının adı açıqlanmayan mənbələrə əsaslanan xəbərində ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinə hücumlarında ABŞ istehsalı olan silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırdığı iddia edilib.

Sözügedən qərarın Ukrayna-Rusiya müharibəsində ABŞ-ın siyasətində əhəmiyyətli bir dəyişiklik olduğunu ifadə edən mənbələr Ukraynanın yaxın günlərdə ilk uzaq mənzilli hücumlarını həyata keçirməyi planlaşdırdığını iddia edərək, 300 kilometr mənzilli ATACMS raketlərinin yəqin ki, Rusiya ərazisinə qarşı ilk hücumlarda istifadə ediləcək.

Qərarla bağlı Ağ Evdən hələlik rəsmi açıqlama verilməyib.

Yanvarın 20-də hakimiyyəti Donald Trampa təhvil verəcək Bayden aylardır Kiyev administrasiyasının uzaqmənzilli raketlərdən istifadə tələblərini rədd edir.

Ehtimal olunur ki, Moskvanın Rusiyanın Şimali Koreya qoşunlarını yerləşdirməsi və Ukraynaya intensiv raket hücumu Baydenin fikrini dəyişə bilər.

Putin xəbərdarlıq edib ki, Amerika istehsalı olan uzaqmənzilli raketlərdən istifadə müharibəni qızışdıracaq.

Aynurə