-
- 2-07-2019, 13:10
- 946
Macarıstanın instrumental qrupu Şəki festivalında çıxış edib
Macarıstanın instrumental qrupunun Şəki festivalında çıxışı maraqla qarşılanıb.
News24.az xəbər verir ki, Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının üçüncü günü axşam tamaşaçılara Macarıstanın “Kerekes Band” instrumental qrupunun konsert proqramı təqdim olunub. Heydər Əliyev Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, tədbirin qonaqları, eləcə də musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “Kerekes Band” Macarıstanın özünəməxsus innovativ janr üslubunda çıxışları ilə seçilən musiqi qrupudur. Pop musiqinin müxtəlif cərəyanlarını – caz, rok, fank, psixodelik və elektron janrları öz ifalarında əks etdirən qrup onları Macarıstanın xalq musiqisi və qədim ənənələri ilə ustalıqla birləşdirir. Qrup öz ifalarında müasir elektron musiqi aləti və vasitələri ilə yanaşı, ənənəvi macar xalq çalğı alətlərindən də istifadə edir. Belə ki, qrupun əsas musiqi nömrələrini udun “kiçik qardaşı” sayılan koboz ifa edir.
Diqqətə çatdırılıb ki, “Kerekes Band” qrupunun yaranması Jombor (fleyta, furulya, enek) və Viktor Feher (zərb alətləri) qardaşlarının adları ilə bağlıdır. Folklor nümunələrini toplamaq məqsədilə 1995-ci ildə Macarıstanın bölgələrini gəzən bu gənc musiqiçilər ölkələrinin qədim və zəngin ənənəvi xalq musiqisinə əsaslanaraq ansambl yaradıblar. Sonralar instrumental qrup öz tərkibinə yeni musiqiçilər cəlb etməklə konsert repertuarını daha da zənginləşdirməyə və təkmilləşdirməyə müvəffəq olub.
Parlaq və dinamik çıxışları ilə fərqlənən bu instrumental kollektiv 2003-cü ildə Macarıstanın “Birinci qrupu” adına layiq görülüb. Kollektiv bir sıra xarici ölkələrdə Macarıstanın musiqi sənətini uğurla təcəssüm etdirib. Nüfuzlu beynəlxalq festivalların iştirakçısı olan “Kerekes Band” qrupunun indiyədək 8 musiqi albomu işıq üzü görüb.
“Kerekes Band” instrumental qrupunun təqdim etdiyi musiqilər tamaşaçıların ürəyincə olub. Qrup üzvlərinin Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbovla (ud) birlikdə ifa etdikləri “Sarı gəlin” xalq mahnısı isə musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.
Festivalın proqramına uyğun olaraq, iyulun 2-də axşam saatlarında Marxal gölünün kənarında Rusiyanın “No İndifference” instrumental kvintetinin konserti olacaq.