-
- Bu gün, 11:55
- 89
Asiyanın Trampı siyasətə qayıdır: Cinayətkarlar üçün...
2016-2022-ci illər arasında Filippin prezidenti vəzifəsini icra edən və səlahiyyət müddətində maraqlı çıxışları ilə diqqət çəkən Rodriqo Duterte 79 yaşında siyasətə qayıtmağa hazırlaşır.
News24.az xəbər verir ki, siyasi rəqiblərini həbsə atan, Papanı təhqir edən və “ölüm dəstəsi”nin qanqsterlərini işə götürdüyünü iddia edən keçmiş Filippin liderinin siyasətə qayıtması böyük səs-küyə səbəb olub.
“Asiyanın Trampı” kimi tanınan siyasətçi Davao şəhərinin merliyinə namizəd olub.
Qeyd edək ki, 2 milyona yaxın insanın yaşadığı şəhərin bələdiyyə idarəsi 1988-ci ildən Duterte ailəsindədir.
Günel Məlikzadə