-
- Bu gün, 20:48
- 320
Gündə 5 dəqiqə etmək ömrü uzadır
Avstraliyalı alimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, gündə cəmi 5 dəqiqə gəzmək, pilləkan qalxmaq və velosiped sürmək kimi gündəlik fəaliyyətlər ömrü uzadır.
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə London Universitet Kolleci (UCL) və Sidney Universiteti birgə araşdırma aparıb.
Araşdırma zamanı 24 saat ərzində 15 min insana fəaliyyət izləyiciləri qoşulub və onların məlumatları təhlil edilib.
Məlum olub ki, cəmi 5 dəqiqə idman edən insanların qan təzyiqi yaxşılaşır və bu, infarkt riskini azaldır.
Tədqiqatçılar 5 dəqiqəlik idmanın qan təzyiqini 0,68 mmHg azalda biləcəyini və bu cür azalmaların ürək xəstəliklərini də 10% azalda biləcəyini qeyd edib.
Qeyd edək ki, yüksək təzyiq ciddi xəstəlikdir və dünyada 1.28 milyard insana təsirsiz ötüşmür.