-
- Bu gün, 15:08
- 91
"Rafet istəyirdi ki, adı mənimlə hallansın"
"İnsanlar tərəfindən tanınmışlara bir aqressiya var. Bizi ciddiyə almırlar. Sanki bizim ürəyimiz, hisslərimiz yoxdur. Sanki heç kim səhv etmir. Sadəcə, bizi o qədər qəbul etmirlər ki... Bizə aşılayıblar ki, sən tanınmışsan, hər şeyin göz qabağında olub, bunları etmisən. Qınaqlar... Bilmək olmaz, bəlkə də ən gözəl ailə, qayınana, həyat yoldaşı məndə oldu, başıma fırlandılar".
News24.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Pərvizə görə" verilişində deyib. Sənətçi tənqidlərdən, ana olmaq istəyindən danışıb.
"Hər qadın kimi ən böyük arzularımdan biri ana olmaqdır. Artıq hiss edirəm ki, məndən ana olar. Məncə, ana olmaq üçün ideal yaş 25-26-dır" deyə, Pərvin əlavə edib.
Türkiyədə fəaliyyət göstərmə təklifindən söz açan aktrisa bunları söyləyib:
"Nəsrin Cavadzadənin müsbəti ondadır ki, o, Türkiyədə böyüyüb. Ona orada yaşamaq rahatdır. Mən orada təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə, təklifdə olan bəzi maddələr məni qorxudub. Hansı ki, onların qanunlarıdır. Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən. Azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan. Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi. Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi. Doğru üzə çıxacaq, yalandan insanlara niyə bunu göstərim ki".