-
- 18-11-2024, 16:56
- 97
Google-a 3,8 milyon CƏRİMƏ
Rusiya Google bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.
Google-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
News24.az xəbər verir ki, platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə Google-u 3,8 milyon rubl cərimə ödəməyə məcbur edib.
Əvvəllər ölkədə oxşar səbəblərdən Apple, TikTok və Telegram kimi müxtəlif xarici platformalara cərimələr tətbiq edilib.
Günel Məlikzadə