Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
    • Bu gün, 17:39
    • 143

Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Ərəstun Ərəbov dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Ərəstun Ərəbov qətl törətməkdə təqsirli bilinir. 

Belə ki, 2018-ci ilin iyul ayında Bakıda Ə.Ərəbov iş yoldaşı, Laçın rayonundan olan məcburi köçkün, 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlunu küt alətlə vuraraq qətlə yetirib.

Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.

Qətlə yetirilən Q.Hüseynov üç gün sonra hərbi xidmətə gedəcəkmiş.