-
- Bu gün, 18:27
- 309
Evlərin qiyməti kəskin artır
2020-ci ilin sonundan etibarən İstanbulda satış və kirayə üçün nəzərdə tutulan evlərin qiyməti durmadan artır.
News24.az xəbər verir ki, İstanbulda 1 kvadratmetr evin qiyməti 2020-ci ilin oktyabr ayında 40 min 482 TL idisə, 2024-cü ilin oktyabrında 42 min 528 TL olub.
Mətbuatda yayılan xəbərlərə görə, İstanbulda orta hesabla ev kirayəsi 2020-ci ilin oktyabr ayında 2 min 308 TL ikən, 2024-cü ilin oktyabr ayında 27 min 733 TL olub. 4 il əvvəl bir evin kirayəsi minimum 2 min 234,71 TL ilə ödənilə bilərdi və ya İstanbulda minimum əmək haqqının orta kirayəyə nisbəti 0,99 idi. Bu dərəcə 2022-ci ilin dekabrında 2.20-yə yüksəlsə də, 2024-cü ilin oktyabrında 1.63-ə bərabərdir, yəni minimum əmək haqqı icarə haqqını ödəyə bilməz.
Hazırda mütəxəssislər belə bir böhran vəziyyətindən çıxış yolu axtarır. Böyük şəhərlərə analoji hadisələr müntəzəm yaşanır, ancaq ildən-ilə artan qiymətlər insanları çətin vəziyyət qarşısında qoyur.
Ağa Dadaşzadə