Övladlarını sobaya qoyub öldürən anaya...
    • Bu gün, 10:08
    • 266

Övladlarını sobaya qoyub öldürən anaya...

2017-ci ildə ABŞ-da dəhşətli qətl hadisəsi törədilib.

News24.az xəbər verir ki, hadisə anası Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb.

Uilyams polisə verdiyi ifadəsində gün ərzində işdə olduğunu, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib. Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü bildirib və evdəki sobanın uşaqların üzərinə düşdüyünü iddia edib.

Məhkəmədə təqdim edilən dəlillərə görə, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırdığı iddia edilib. 

“İndependent”in məlumatına görə, yarılma hesabatında bildirilib ki, uşaqlar quru istidən və uzun müddət istiyə məruz qalmaqdan yaranan istilik dəyişiklikləri keçiriblər. Hesabatda “Bu səviyyəyə çatmaq çox uzun zaman tələb edir” ifadəsi işlədilib.

Qeyd edək ki, 2 uşağını sobaya ataraq öldürdüyü bildirilən və əvvəllər 14 müxtəlif cinayətə görə məhkum olunan qadının psixoloji problemlərinin olduğu bildirilib. Nəticədə, Uilliams şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edilib.


Günel Məlikzadə