Ermənistan hökumətində böhran -
    • Bu gün, 11:44
    • 73

Ermənistan hökumətində böhran - "Proses təkcə istefalarla yekunlaşmayacaq"

“Ermənistanda kütləvi istefalar hökumət daxilində ciddi problemlərdən xəbər verir”.

Bunu News24.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O, bildirib ki, Paşinyanın Nazirlər Kabinetini iclasında çıxışında sərt tənqidlər səsləndirərək, bunun anonsunu vermişdi. 

“Burada xüsusilə xarici faktolarla əlaqədar bir sıra versiyalar irəli sürmək mümkündür. Son zamanlar Ermənistanın istər xarici siyasətində qeyri-müəyyənlik, istərsə də daxili problemlərdən qaynaqlanan narazılıqlar hökumət daxilində çatların yaranmasına gətirib çıxarıb. İstefalar bu prosesin məntiqi sonluğu hesab oluna bilər”, - deyə o bildirib.

Ə.Zülfüqaroğlu vuğulayıb ki, proses təkcə son istefalarla yekunlaşmayacaq. 

“Bundan sonra da Ermənistan hökumətində təmizləmələr davam edəcək. Amma bu addımların Ermənistanın xarici siyasətində hansısa dəyişikliyə gətirib çıxaracağını düşünmürəm”, - deyə o qeyd edib.


Ağa Dadaşzadə