On beş min nəfərə ŞAD XƏBƏR
    • 2-07-2019, 17:11
    • 1 906

On beş min nəfərə ŞAD XƏBƏR

Prezident İlham Əliyev Astara rayonunun Ərçivan–Artupa–Səncərədi–Alaşa–Züngüləş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

On beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ərçivan–Artupa–Səncərədi–Alaşa–Züngüləş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.