-
- Bu gün, 08:56
- 247
Ailə dəhşəti: Qaynını öldürüb, anasını isə...
Türkiyədə bir şizofreniya xəstəsi C.T. (36) anası Döndü T. (56) və qaynı Mehmet Topak (48) ilə naməlum səbəbdən mübahisə edib.
News24.az xəbər verir ki, mübahisə böyüyərkən C.T mətbəxdən götürdüyü bıçaqla qaynı Mehmet Topakın boğazından və kürəyindən bıçaqlayıb. Daha sonra o, anasının qarnına, başına bıçaq zərbələri endirib və hadisə yerindən qaçıb.
Xəbər üzərinə bölgəyə sağlamlıq və jandarma qrupları sövq edilib. Mehmet Topakın hadisə yerində öldüyü müəyyən edilib. Ağır yaralanan Döndü T-nin reanimasiyada müalicəsi davam edir.
Hadisədən sonra qaynının maşını ilə qaçan şübhəli polis və jandarma qruplarının birgə işi nəticəsində qısa müddətdə tutularaq saxlanılıb.
Günel Məlikzadə