Trampın komandasında türk namizəd
    • 20-11-2024, 11:39
    • 223

Trampın komandasında türk namizəd

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Medicare” və “Medicaid Services” Mərkəzinin (dövlət orqanı) sədri vəzifəsinə amerikalı həkim Mehmet Özün namizədliyini irəli sürüb.

News24.az xəbər verir ki, Tramp qərarını “Truth Social” sosial şəbəkə səhifəsində elan edib.

Tramp ABŞ-ın ciddi sağlamlıq böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Mehmet Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.

Mehmet Özün Harvard Universitetində başlayan təhsil səviyyəsini və karyerasını xatırladan Tramp onun Amerika səhiyyə sistemində bir çox problemləri həll edə biləcəyini vurğulayıb.

“Medicare” ABŞ-da 65 yaş və daha yuxarı insanlar üçün hökumətin tibbi sığorta proqramıdır və “Medicaid” aztəminatlı ailələri tibbi sığorta ilə təmin edən federal və ştatın birgə səhiyyə proqramıdır.

2023-cü ildə ABŞ federal hökuməti “Medicaid”ə 860 milyard dollar, “Medicare”ə isə 848 milyard dollar ayırıb.

Aynurə