Aysun əri haqqında görün, nələr dedi
    • Bu gün, 13:31
    • 200

Aysun əri haqqında görün, nələr dedi

Müğənni Aysun İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

News24.az milli.az-a istinadla xəbər verir ki , o, "Rəngarəng" verilişində etirafı ilə diqqət çəkib. 

"Kəbinli-rəsmi həyat yoldaşımdır. Bu günə kimi, ondan 1 manat belə istəməmişəm, istəyə də bilmirəm. Bizim bir seyfimiz var. iki bölməsi olur, yuxarı mənim sıramdır, aşağı isə onun. Yuxarıda pul bitibsə, özü ora qoyacaq. Mən utanaram ondan pul istəyim. 

Mənim Fazil müəllim kimi atam var. Saçımın telinə zərər gəlsə, anamdan qabaq o özünü yetirəcək".