"Foton bazara girdi"
    • Bu gün, 16:24
    • 67

"Foton bazara girdi"

Avtomobil istehsalçısı "Otokar" məhsul çeşidini genişləndirərək, pikap bazarına daxil olub. "Otokar Foton Tunland G7" pikap sürətlə satılır.

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, şirkətin yaydığı açıqlamaya görə, "Otokar" pikap seqmenti ilə avtobus və yük maşınlarından ibarət məhsul ailəsini genişləndirib. 

Şirkət yük maşını seqmentində "Foton" markası ilə davam edən əməkdaşlığını "Tunland" ilə pikap bazarına aparır.

"Foton Tunland G7" həm şəhərdə, həm də əlverişsiz yollarda yüksək performans vəd edir və böyük salonu, rahatlığı və yüksək texnologiyalı avadanlıqları ilə uğurlu sürücülük təcrübəsi təqdim edir. Avtokar səlahiyyətli dilerlərində 7 fərqli rəng və 3 fərqli avadanlıq variantı ilə satışa təqdim edilən nəqliyyat vasitəsi pikap həvəskarlarına geniş seçim imkanı təqdim edir.

Qeyd edək ki, "Foton Tunland G7" təkçə ötən həftə vahid diller üzrə 100-dən çox satılıb. 

Ağa Dadaşzadə