-
- Bu gün, 08:07
- 164
Bu banan 6,2 milyona SATILDI
İtalyan rəssam Mauritsio Kattelanın “Komediyaçı” əsəri Nyu-Yorkda Sotheby’s hərracında 6,2 milyon dollara satılıb.
News24.az xəbər verir ki, əsər yalnız banan və onu divara yapışdırmaq üçün istifadə edilən gümüş lentdən ibarətdir. Əsəri alan şəxs məşhur kriptovalyuta platforması TRON-un yaradıcısı Castin Sundur.
Onu da qeyd edək ki, Cattelanın 2019-cu ildə Art Basel Mayami Beach-də sərgilənən bu əsəri o zaman sənət aləmində böyük müzakirələrə səbəb olub.
Bəzi ziyarətçilər sarı banan və gümüş lentin satira vasitəsi olduğunu düşünsələr də, digərləri əsəri sənət kolleksiyasında şübhəli standartların tənqidi kimi şərh ediblər. Hətta sərgi zamanı başqa bir rəssam əsəri divardan götürərək yeyib.
Günel Məlikzadə